10.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Abonement şöbəsi 10.06.2022-ci il tarixində “Şəhidlərimizi tanıyaq və tanıdaq” başlığı altında Azərbaycanın Milli qəhrəmanı Şahverdiyev İsrafil Şahverdi oğlunun anadan olmasının 70 illiyi ilə bağlı söhbət keçirdı. Tədbiri giriş sözü ilə kitabxanaçı Səbinə Piriyeva açaraq Azərbaycanın bütövlüyü uğrunda canlarını keçən igidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi . Sonra Qarabağ uğrunda həlak olan şəhid İsrafil Şahverdiyevin keçdiyi həyat yolundan məlumat verdi.
Tədbirdə Gəncə Dövlət Universitetinin tələbə və müəllim kollektivi iştirak edirdi.